Murad Dadaşov: “Tərbiyəm imkan verməz ki...” - VİDEO
    • 3-07-2019, 19:06
    • 1 641

Murad Dadaşov: “Tərbiyəm imkan verməz ki...” - VİDEO

“Maşın” şou yeni sürəti ilə yaxın vaxtlarda efirdə olacaq. 

Bunu News24.az-a açıqlamasında xalq artisti Murad Dadaşov bildirib. O, şouya olan tamaşaçı sevgisinin böyük olduğunu vurğulayıb: “Hər zaman olduğu kimi, biz yenidən böyük sevgi ilə “Maşın şou”ya başlayırıq. Azərbaycan teleməkanında “Maşın”ın öz yeri var. Bunu hamı bilir. Mən buna çox sevinirəm, çünki sevdiyim layihələrdən biridir. Digər tərəfdən də, ümid edirəm ki, biz yalnız bu layihəylə yadda qalmayacağıq. Çünki “Maşın”dan başqa layihələrlə də məşğuluq”.

M.Dadaşov telekanallardan maraqlı təkliflər aldığını açıqlayıb: “Layihələrlə bağlı müxtəlif televiziyalardan təkliflər gəlir. Amma bizim telekanallarımız köhnə usulla işləyir, bu isə o deməkdir ki, onların prodüsser mərkəzlərinin verilişlərini almağa imkanı çatmır. Buna görə də, biz həmin məbləği sponsorlardan almağa məcbur oluruq. Bu səbəbdən də, seyrçilər bəzən reklam bloklarının çoxluğundan şikayətlənirlər. Amma biz məhz onların hesabına proqramı ərsəyə gətiririk. Keyfiyyətli televiziya ona qoyulan keyfiyyətli sərmayə və savadlı mütəxəssislər deməkdir. Nə qədər ki, telekanallar bu sahədə fəaliyyətini gəlişdirməyəcək, o qədər də problemlər yaşanacaq”.

Xalq artisti həmçinin “Maşın” şounun sosial şəbəkələrdə insanlar tərəfindən tənqid olunmasına da münasibət bildirib: “Tamaşaçılar bizə hansısa veriliş üçün pul ödəmir. Təbii ki, izləyib hansısa rəyi söyləmək çətin deyil. Mənfi fikir yazanların bir çoxunu başa düşürəm, bilirəm, mənə ürəkləri yanır. Mənim daha böyük layihələr hazırlamağımı istəyirlər. Bunu mən özüm də istəyirəm. Sadəcə, maliyyə qıtlığı buna imkan vermir. Adətən intellektual verilişləri telekanallar ödənişlə alırlar. Amma bu gün televiziyalar bizdən belə veriliş almır. Eyni zamanda bu gün intellektual verilişlər reytinq doğurmur. Bu, bütündünyada belədir. “Maşın şou” intellektimin yüksək nöqtəsi deyil. Mən bundan daha yaxşı verilişlər ərsəyə gətirə bilərəm. Bu məsələdə tamaşaçılarla razıyam. Sağ olsunlar ki, bunu deyirlər”.

Murad Dadaşov söhbət əsnasında onu da qeyd edlədi ki, “Maşın şou”da da peşəkarlığı, yüksək səviyyəni qoruyub saxlamağa çalışır: “Mənim tərbiyəm, səviyyəm imkan verməz ki, orada səslənən naliyiq sözləri efirə verim. Digər verilişdə bundan da pis şeylər olur. Tamaşaçı da “Maşın”a həmin o emosional məqamlara görə baxır. Bəzən o məqamlarda efir qaydalarını pozmamaq üçün iştirakçılara müəyyən yasaqlar qoyduğumuz vaxtlar da olub. Amma elə olanda tamaşaçılar zəng edib şounun zəiflədiyini deyiblər. Mən kifayət qədər ağıllı biriyəm, imkan vermərəm ki, proqramda həddi aşacaq nəsə olsun”.


Video: Fərid Şabanov