-
- 4-07-2019, 11:42
- 1 066
Azərbaycanda rüşvətə görə həbs edilən reket jurnalistin işi ALİ MƏHKƏMƏDƏ
Azərbaycanda qeyri-qanuni əməllərinə görə barəsində cinayət işi açılan və həbs edilən reket jurnalist Bəhruz Əliyev Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3.11.3.2-cü, yəni, rüşvət ama - təkrar törədildikdə maddəsi ilə ittiham edilərək təqsirli bilinən Əliyev Bəhruz İmanqulu oğlu Ai Məhkəmədən barəsinəki işin yenidən araşdırılması və hökmün dəyişdiriməsini xahiş edib. İş hakim İmran Hacıqayıbovun icraatına veriib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi jurnalist adı altında reketliklə və şantajla məşğul olan Bəhruz İmanqulu oğlu Əliyevi həbs edib. Məlumata görə Bəhruz Əliyev “Neytral İnformasiya Agentliyi” (NİA) təsis edib, orada sifarişli materiallar dərc olunub. Sonra Bəhruz Əliyev müxtəlif məmurları və biznesmenləri barələrində ləkələyici məlumatlar yaymaqla hədələyərək onlardan iri məbləğlərdə pul alıb.
Araşdırma zamanı məlum olub ki, Bəhruz Əliyev habelə haqqinaz.org adlı feyk internet resursunun sahibidir. Həmin resursda Azərbaycanda və xaricdə populyar olan haqqin.az informasiya-analitik portalının dizaynı və domen adı “kopyalanıb”.
İP-üvanlar üzərindən aparılan araşdırma zamanı həmin saytın arxasından azərbaycanlı reket-jurnalist çıxıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Bəhruz Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.