-
- 27-06-2019, 18:27
- 813
Azərbaycanda 6 sahibkardan məhkəməyə MÜRACİƏT
Azərbaycanda qanunsuz sahibkarlıq fəaliyyətinə görə barələrində cinayət işi açılmış və məhkum edilmiş 6 nəfər Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.1-ci, yəni qanunsuz sahibkarlıq - külli miqdarda ziyan vurduqda maddəsi ilə məhkum edilmiş Sadayev Bəhruz, Zakirov Natiq, Qasımov Natiq, Allahverdiyev Allahverdi, Muradov Fəxrəddin və Əliyev Nəcməddin Ali Məhkəməyə müraciət edərək barələrindəki hökmün dəyişdirilməsini və onlara bəraət verilməsini xahiş ediblər.
İş hakim Fərhad Kərimovun icraatına verilib.