Bakıda evdən meyit TAPILDI
    • 4-07-2019, 17:06
    • 740

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Mərdanov Koroğlu İman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.