-
- 5-07-2019, 16:07
- 4 371
1470 bal toplayıb dünyanın 30 universitetindən təklif alan azərbaycanlı - MÜSAHİBƏ - VİDEO
Müsahibimiz Nurlan Qasımzadədir. O, builki imtahanda göstərdiyi yüksək nəticəyə görə, dünyanın 30 universitetindən dəvət alıb.
Nurlanın bu və digər uğurlarını News24.az-a verdiyi müsahəbəsindən biləcəksiniz.
- 2002-ci il martın 26-da Bakıda doğulmuşam. 6-cı sinfə qədər Nizami rayonu 220 nömrəli məktəb-liseydə, 7-ci sinifdən 10-cu sinfə qədərsə “İstək” Liseyində oxumuşam. 11-ci sinifdə bir müddət Bakı Avropa Liseyində oxudum, daha sonra bəzi problemlər üzündən 95-saylı məktəbə keçdim.
- DİM-in imtahanında iştirak etdinizmi?
- Xeyr. Mən o imtahana ümumiyyətlə hazırlaşmadım. Çünki xarici universitetlər bunu tələb etmirdi. Mənim oxumaq istədiyim universitetlərə SAT, İELTS, TOEFL, SAT SUBJECTvə s. sertifikatları tələb olunurdu. Ona görə də, əvvəldən hazırlıqlara başlayarkən bu yolu seçdim.
- Orta məktəbdə oxuduğunuz müddətdə hansı uğurlarınız olub?
- 4-cü sinifdə "Belarus günləri" münasibətilə keçirilən yarışda 4-cü yerə layiq görülmüşəm. Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş məktəblərarası şahmat yarışında 4-cü və 5-ci sinifdə bürünc, 6-ci sinifdə isə qızıl medala layiq görülmüşəm. Bir il sonra, 6- ci sinifdə, "İstək" Liseyinin keçirdiyi qəbul imtahanına qatıldım. 5 il müddətinə, illik 7500AZN dəyərində olan (tam təqaüd) təqaüd qazanıb təhsilimi "İstək" liseyində davam etməyə başladım.
7-ci sinifdə məktəblərarası Respubika Fənn Olimpiadasında fizika fənnindən bürünc medal qazandım. Daha sonra 8-ci sinifdə "İstək" Iiseyinin olimpiada komandasına seçimlərdə 1-ci yerə çıxıb təhsilimi davam etdirdim.
Bu müddət ərzində Bakı şəhəri məktəblərarası fizika fənni üzrə müsabiqədə qızıl medal qazandım. Dərsdənkənar keçirilən sosial məşğuliyyətlərdə aktiv iştirak etdiyimə görə"Model of United nations" ( MUN , BMT simulyasıyası ) kimi konfranslarda fəxri diplomlara, "Song Contest" ( musiqi müsabiqəsi ) də gümüş medala, "Mən müəlliməm" yarışmasında qızıl medala , SOCAR-ın sponsorluğu ilə keçirilən ətraf mühitin qorunmasına dair festivalda bürünc medala, "İstək" Liseyi Yay düşərgəsində bilik yarışı üzrə qızıl medala, şahmat yarışı üzrə gümüş medala və s. layiq görüldüm. 9-cu sinifdə yenə də liseyin olimpiadada iştiırak elədim. Amma bu dəfə informatika fənnində özümü sınadım. Nəticədə orda təhsilimi davam etdirmək haqqımı saxladım. Daha sonra “C++”, “C” , “Java” kimi proqramlaşdırma dillərini dərindən mənimsədim və respublika informatika olimpiadalarının final mərhələsində iştirak etdim. 10-cu sinifdə artıq xaricdə təhsil almaq üçün universitetlərin tələb etdiyi ən əsas imtahanlardan olan “IELTS” də yüksək nəticə ( Academic IELTS Band score of 7.0 ) azandım. Dekabr ayının 1-də, yenə xaricdə təhsil üçün universitetlərin tələbi olan SAT imtahanından 1470 bal ( beynəlxalq imtahan verən bütün şagirdlər arasında dünya üzrə top 1% ) topladım. Nəticələrimi əldə etdikdən sonra ABŞ, Türkiyə, Çin, Cənubi Koreyanın öndə gedən universitetlərinə müraciət etdim.
- Eşitdik ki, sizə ümumi 3.5 milyon manat dəyərində təqaüd təklif olunub...
- Mən xarici universitetlərin tələb etdiyi SAT (Scholastic Aptitude Test) və İELTS imtahanlarını verdim. SAT imtahanından ən yüksək bal 1600-dür, mən 1470 bal topladım, İELTS-dən isə 9 bal yüksək nəticə idi, mən 7 bal yığdım. SAT-də nəticəmə görə dünyanın "top 1"-ə düşdüm. Ona görə də, digər sosial aktivitilər və intervyularla bir yerdə 30 universitetdən mənə təklif gəldi. ABŞ-ın 24, Çinin 3, Türkiyənin 3 universitetində oxumaq şansı əldə etdim. Mən isə bu ali məktəblər arasından Çinin Şenzen şəhərində fəaliyyət göstərən Sastek universitetini seçdim. Sentyabrdan orda kompüter mühəndisliyi üzrə bakalavr təhsilimi davam etdirəcəm. Bu universitetin «Full təqaüd» (təhsil haqqı, qalmaq xərcləri sağlamlıq sığortası, qalmaq icazəsi, aylıq 2500 yuan stependiya) haqqını qazandım. Hazırda Çinə getmək üçün viza məsələlərini həll edirəm.
- Bu qədər çoxsaylı uğurlarınızın əsas sirri nədədir?
- Yüksək nəticə göstərməyimə “İstək” liseyində oxumağımın böyük təsiri oludu. Bizim lisey ingilis dilli təmayüllü idi. Biz kimya, fizika, biologiya fənlərini ingilis dilində keçirdik. Kitabxanamızda əsasən "Oxford"un kitabları vardı. Bu imtahanlara hazırlığa 10-cu sinifdə başladım. İELTS-ə 3 ay, SAT üçünsə 6 ay hazırlığa getdim. Sıfırdan ingiliscəni liseydə öyrənmişəm.
- Təhsildən əlavə daha nələrə marağınız var?
- Birinci sinifdən şahmatla məşğul olmuşam. Şahmatdan əlavə, fotoqraflığa marağım var, videolar, şəkillər çəkirəm. Eyni zamanda fitneslə məşğulam. Ehtiyacı olanlara diet və məşq proqramları yazıram.
- Nəyə görə, xaricdə təhsil almağı seçdiniz? Bu, fotoqraf kimi ölkələri gəzmək marağından irəli gəlir, yoxsa...
- 7-ci sinifdən xaricdə təhsil almağı düşünürdüm. Dünyanı gəzmək istəyim də, əlbəttə, buna daxildir. Çin özəlliklə marağımda olan ölkələrdən idi. Təəssüf ki, bu ölkə ilə bağlı stereotiplər var. Azərbaycanda “Çin inkişaf etməyib”, “ucuz mallar satılır” kimi fikirlər səsləndirilir. Halbuki belə deyil. Çin, Sunqapur, Cənubi Koreya dünyanın ən sürətlə inkişaf edən ölkələridir. Kompüter mühəndisliyi sahəsində də ən qabaqcıl dövlətlərdən biridir. Xaricdə təhsil alan istənilən gəncdə - bizdə buna “culture shok”, deyirlər, yəni mədəniyyət şoku yaşanır. Çin də bu cəhətdən ən qabaqda gedən ölkələrdən biridir. Bizim mədəniyyətlə Çin mədəniyyəti arasında çox böyük fərq var. Amma düşünürəm ki, bu, mənə elə də təsir etməyəcək. Mənim Çində çoxlu dostlarım var.
- Peşə seçimləri ilə bağlı yaşıdlarınıza hansı məsləhətlərı verərdiniz?
- Gənclər ixtisas seçimi edəndə öz maraqlarını nəzərə almalıdırlar. Məsələn mən, özümçün deyə bilərəm ki, hansı ölkədə olmağımın fərqi yoxdur, tibb sahəsini seçə bilməzdim, çünki bu sahə üzrə nə marağım, nə də bacarığım var. Amma kompüter sahəsinə 7-ci sinifdən marağım var. Bizdə daha çox “camaat nə deyər” fikrinə önəm verilir. Məsələn, çox adam bizdə belə fikirlərə görə incəsənətlə bağlı ixtisasları seçə bilmir.
- Gələcək təhsilinizdə, karyeranızda nə kimi planlar var?
- İkinci kursdan təhsilimi Amerikada davam etdirməyi düşünürəm. Sastek Universitetinin Kaliforniya universitetləri ilə sıx əlaqələri var. Seçilən tələbələri ora transfer edirlər. Amerikada Sastek Universitetindən də reytinqli universitetlər var, bu səbəbdən dəyişmək istərdim. Iki ilə iki ölkədə oxumaq böyük üstünlükdür. Böyük ehtimalla mən Amerikada master və doktoranturada oxuyacam. Eləcə də gələcəkdə istəyirəm ki, kompüuter mühəndisliyi sahəsində çalışam. Gələcəkdədövrün tələbinə uyğun olaraq kompüter mühəndisliyi ilə bağlı “Startup”a başlamaq istəyirəm. Cəmiyyət üçün faydalı ola biləcək bir layihədə özümü sınamaq istərdim.
Söhbətləşdi: Afaq Mirayiq
Video: Adil Ağayev