Mehriban Zəkidən Nəsiminin
    • 6-07-2019, 15:56
    • 2 501

Mehriban Zəkidən Nəsiminin "Şərqdən Qərbə muğam mehi"

Ötən gün Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında İmadəddin Nəsiminin 650 illiyinə, almanların Qafqaza köçməsinin 200 illiyinə həsr olunmuş tədbir keçirilib. 

News24.az
xəbər verir ki, xalq artisti Mehriban Zəkinin ideya müəllifi və bədii rəhbəri olduğu “Şərqdən Qərbə əsən meh” adlı tədbir Azərbaycan Dövlət Televiziyasının Cahangir Cahangirov adına Xorun Nəsiminin “Ey könül” qəzəlinin ifasıyla başlayıb. 

Daha sonra xalq artisti Mehriban Zəki səhnəyə çıxib ”Şərqdən Qərbə əsən meh”də tədbirində İohann Sebastyan Baxın “Tokkata Re minor” əsəri ilə “Bayatı-Şiraz” muğamı sintez olunub. Muğam ifaçısı Azərbaycan Dövlət Opera və balet Teatrının soilisti Mutəllim Dəmirov isə sözügedən sintezlə “Mərhaba, xoş gəldin, xoş gördük səni” adlı qəzəli ifa edib. 

“Könül vermə cahana bivəfadır” və “Mənim yarım, vəfadarım, gəl axır” qəzəlləri isə Feliks Mendelson Bartoldinin “Sonata 2” əsərinin “Rast” muğamının müşayəti altında Mehriban Zəki və aktyor  Ziya Ağanın ifasında səsləndirilib. 

Tədbirdə həmçinin Nəsiminin “Canda ki, eşq olmadı” qəzəli alman və Azərbaycan dillərində, “Ey nuri dilu dildə, dildarinə müştaqəm”, “Həsrətindən yandı canım, cigərim qan oldu gəl”, “Ey, təbib”, “Allahu əkbər, ey sənəm...”, “Bulmuşam həqqi” qəzəlləri də ifa edilib.

Teymur Məmmədov
Video- Adil Ağayev