İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib - FOTO
    • 7-05-2019, 21:00
    • 980

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamının icrasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti tədbir keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, hərbi hissənin şəxsi heyəti, Füzuli Dram Teatrının əməkdaşları və digər qonaqlar iştirak edib.

Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirdə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin əməkdaşları dövlət qulluqçuları Zümrüd Səmədova və Sairə Rəsulova çıxış edərək dahi şairin yaradıcılığından danışıb, onun Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutduğunu vurğulayıblar. 

Tədbirdə Füzuli Dram Teatrının bədii kollektivi tərəfindən Nəsiminin qəzəlləri əsasında səhnəciklər nümayiş etdirilib.