Hacıqabulda dəhşətli YOL QƏZASI - SÜRÜCÜLƏRDƏN BİRİ ÖLDÜ - VİDEO
    • 9-07-2019, 11:25
    • 2 120

Hacıqabulda dəhşətli YOL QƏZASI - SÜRÜCÜLƏRDƏN BİRİ ÖLDÜ - VİDEO

Hacıqabul rayonunun Padar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın Aran Bürosunun məlumatına görə, 32-BD-290 dövlət nömrə nişanlı “KAMAZ” markalı avtomobil arxadan eyni yolda hərəkətdə olan 20 BK 838 dövlət nömrə nişanlı qoşqulu “MAZ” markalı avtomobilə çırpılıb. 
Hadisə nəticəsində KAMAZ” markalı avtomobilin sürücüsü yerindəcə ölüb. O, Gəncə sakini 1976 ci-il təvəllüdlü Ağayev Fikrət Əvəz oğludur.

Faktla bağlı araşdırma aparılır.