Azərbaycanda trans yağları nehrə yağı altında satışa çıxarılır XƏBƏRDARLIQ
    • 9-07-2019, 12:00
    • 1 556

Azərbaycanda trans yağları nehrə yağı altında satışa çıxarılır XƏBƏRDARLIQ

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki, Tovuz regional bölmələrində 32 adda müxtəlif yağda aparılan ekspertiza zamanı trans yağların normadan yuxarı olduğu üzə çıxıb.

News24.az -ın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhmızli AQTA-nın fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, trans yağlarınını insan orqanizmində əriməyi çətindir və ya ərimir, bu isə insan orqanizmi üçün ziyandır: "Son zamanlar Azərbaycanda aparılan ekspertizaya əsasən Sumqayıt Bakı, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki, Tovuz regional bölmələrində 32 adda müxtəlif yağlar həm kərə, həm də spreyd yağlar ekspertizaya cəlb olunub. Təəssüf hissilə qeyd edim ki, həmin nümunələrin 12-də trans yağların miqdarı normadan yuxarı olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, trans yağ turşularının yüksək miqdarda ürək damar xəstəlikılərin risqini 21 faiz ölümü isə 28 faiz artırır. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə demək istəyirəm ki, idxal zamanı qüvvədə olan normalara əməl edilsin".

Agentlik sədri onu da bildirib ki, Azərbaycanda trans yağları nehrə yağı altında satışa çıxarılır: "Trans yağlarının nehrə yağı adı altında satışa çıxarılması əsl cinayətdir. Cənub bölgəsində aşkarlanmış 6 süd məhsulu istehsalı müəssisəsindən götürülmüş nehrə yağı adı altında istehsal olunan ya məhsullarının ekspertiza nəticəsi məlum olub. Təəssüflə qeyd edirəm ki, nehrə yağı adı altında Azərbaycanın müxtəlif regionlarında satılan  "nehrə yağı" əsl nehrə yağı deyil. Onun tərkibində müxtəlif tərkibli insan orqanizminə zərərli olan yağ nümunələri aşkarlanıb.".

Afaq Mirayiq