-
- 29-12-2019, 16:32
- 970
Trans yağlarla bağlı hüquqi SƏNƏD HAZIRLANIR
"Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir. Çünki hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8 % təşkil edir. Bu rəqəm 2 % olmalıdır".
News24.az xəbər verir ki, bunu bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyininsədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi istəyir ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq ölkədə də trans yağlarının yuxarı həddini 2 % edək: "Təbii ki, bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır.
Energetik içkilərdə olduğu kimi trans yağları ilə müvafiq normativ hüquqi sənədlər işlənilir. Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq. Orada qeydiyyatdan keçdikdən sonra hüquqi qiymətə veriləcək".
Afaq Mirayiq