Tələbə rektordan diplomunu oynaya-oynaya aldı- Bakıda görünməmiş təqdimat - VİDEO
    • 9-07-2019, 19:15
    • 1 528

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı- Bakıda görünməmiş təqdimat - VİDEO

Bakı Ali Neft Məktəbinin (BANM) növbəti “Məzun günü” keçirilib. 

News24.az xəbər verir ki, üçüncü dəfə keçirilən “Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Ali Məktəbin professor-müəllim heyəti, ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin rektorları, transmilli şirkətlərin rəhbər və təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar, onların valideynləri və qonaqlar iştirak ediblər.

Tədbirin ən maraqlı məqamı isə diplomların təqdim olunmasa zamanı baş verib.

Tələbələrdən birii rektorun ona təqdim etdiyi diplomu oynaya-oynaya alıb.

Həmin videonu sizə də təqdim edirik: