Piterdə bomba həyəcanı - Əhali təxliyə olunur
    • 24-03-2024, 17:50
    • 178

Piterdə bomba həyəcanı - Əhali təxliyə olunur

Sankt-Peterburq şəhərində yerləşən “London Moll” ticarət mərkəzinə bomba qoyulması ilə bağlı məlumat yayılıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, bir nəfər binaya bomba dolu çanta qoyduğunu deyib. Hmin şəxs saxlanılıb, amma çantanın harada olduğu ilə bağlı məlumat yoxdur.

Məlumata görə, bomba məlumatından dərhal sonra insanların təxliyəsinə başlanılıb.

Hadisə yerinə minaaxtaranlar gəlib.