Gələn həftə SOCAR istiqrazlarının növbəti faiz ödənişi ediləcək
    • 11-07-2019, 13:42
    • 891

Gələn həftə SOCAR istiqrazlarının növbəti faiz ödənişi ediləcək

Faizləri hər 3 aydan bir ödənilən və dollarda illik 5 faiz gəlir qazandıran SOCAR istiqrazlarının iyulun 17-də 2019-cu il üzrə 3-cü, sayca 11-ci faiz ödənişi baş tutacaq və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 13,750 mln. dollara yüksəlmiş olacaq.

“SOCAR Capital” şirkətindən News24.az-a verilən məlumata əsasən, hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1,25 mln. dollar vəsait artıq Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 175 mln. dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır. 2019-cu ilin ilk yarısında 232, ümumilikdə isə 1791 əqd bağlanıb.

1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR istiqrazlarının 17 iyul tarixində ümumi faiz ödənişlərinin artıq yarıdan çoxu yekunlaşmış olacaq və müddətin sonunda istiqraz sahiblərinin ümumi gəliri 25 mln. dollar təşkil edəcək.