Azərbaycanda polisin tutduğu şəxsin ŞOK ƏMƏLLƏRİ – 12 EV YARIB
    • 12-07-2019, 15:09
    • 816

Azərbaycanda polisin tutduğu şəxsin ŞOK ƏMƏLLƏRİ – 12 EV YARIB

Bir müddət əvvəl Sumqayıtda oğurluq etdiyinə görə tutulmuş şəxsin Abşeron rayonunda çoxlu mənzilləri yardığı məlum olub.

News24.az
-ın məlumatına görə, polis tərəfindən saxlanılan Nağıyev İlkin Səməd oğlunun Abşeron rayonu ərazisində 12 evdən oğurluq etməsi müəyyənləşib. Onun bu əməlləri ilə əlaqədar olaraq Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.2-ci, yəni, oğurluq-təkrar törədildikdə maddəsi ilə əlavə iş açılıb.

Qeyd edək ki, Sumqayıt ərazisində oğurluqla məşğul olan və polis tərəfindən tutulan qrup üzvlləri arasında olub.