Abşeronda 6 qadının başına oyun açan Ülvi tutuldu
    • 16-11-2019, 11:12
    • 3 067

Abşeronda 6 qadının başına oyun açan Ülvi tutuldu

Abşeron rayonunda çoxsaylı oğurluq əməlləri törətmiş şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az
-ın məlumatına görə, Abşeron Rayon Polis İdarəsində Ülvi Rəşidoğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, yəni, oğurluq-təkrar törədildikdə maddəsi ilə açılan işin materialları Abşeron Rayon Məhkəməsinə göndərilib. İş hakim Sevinc Quliyevanın icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən Ülvi Rəşidoğlunun çoxsaylı oğurluq əməlləri üzə çıxarılıb. Onun əməllərindən əziyyət çəkən 12 nəfərdən 6-sı qadındır.