Rusiya estradasının məşhur ifaçısı Valeriy Leontiyev səhnədən uzaqlaşıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, V.Leontiyev "Slavyanskiy bazar" festivalı çərçivəsində sonuncu konsert proqramı ilə çıxış edib.
İfaçı sənətdən uzaqlaşması barədə ötən ilin sonlarında "İlin mahnısı" mükafatlandırması zamanı açıqlamasında bildirib. O, "Bütün bunlarla vidalaşmaq istəyirəm. Nə qədər olar axı? Yorulmuşam. Sadəcə uzanacağam" , deyə söyləyib.
Leontiyevə yaxın mənbələrin verdiyi məlumata görə, ifaçı səhnəni həm də səhhətində yaranan problemə görə tərk edir. Belə ki, illər öncə dizindən aldığı zədə ifaçını hələ də narahat edir.