Şəkidə ağac aşmadan bir neçə saniyə öncənin görüntüsü xəsarət alan İlkin danışdı
    • 26-07-2019, 22:17
    • 979

Şəkidə ağac aşmadan bir neçə saniyə öncənin görüntüsü xəsarət alan İlkin danışdı

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alan İlkin Məmmədov bir neçə gün sonra evə buraxılacaq.
News24.az xəbər verir ki, bunu adıçəkilən şəxsin özü Facebook hesabında bildirib:
"Əzizlərim, artıq bu sözləri yazacaq gücdəyəm. İstədim sizə bildirəm ki, hər şey yaxşıya doğru gedir, müalicə davam edir. Bir neçə gündən sonra evə buraxılacağam. Son 11 gün ərzində mənim yanımda olan, dəstək olan, ürəyi mənlə olan hər kəsə sonsuz minnətdarlığımı bildirirəm. Məni daha güclü sizin sevginiz, dəstəyiniz etdi. Bilirdim, amma daha da əmin oldum ki, həyat sadəcə sizlərdən - sevdiklərimdən ibarətdi. Hər an yanımda olanlar, yazanlar, maraqlananlar, hər birinizə tək-tək yaza bilməsəm də, xəbəriniz olsun: yaxşıyam, daha yaxşı olacağam. Var olun!" 
İlkin Məmmədov hadisədən az əvvəl çəkilmiş fotosunu da paylaşıb.