-
- Dünən, 12:42
- 2 415
Sevilmədiyinizi göstərən 10 əlamət
Sevilmədiyinizi başa düşmək bəzən çətin ola bilər, çünki hər bir insanın öz hisslərini və düşüncələrini fərqli ifadə tərzi var. Bununla belə, bəzi ümumi davranışlar və əlamətlər digər insanın sizə olan marağı və ya sevgisi haqqında ipucu verə bilər.
News24.az sevilmədiyinizi göstərən 10 əlaməti təqdim edir:
1- BƏDƏN DİLİ FƏRQİ
O, "Səni sevirəm" deyə bilər, amma bu nə dərəcədə həqiqəti əks etdirir? Bunu anlamaq istəyirsinizsə, həyatınızdakı insanın bədən dilini diqqətlə izləyin. Sizi sevməyən insanın təbəssümü də saxta olacaq.
Həmçinin onların əl hərəkətlərinə və mimikalarına da diqqət yetirin. Danışarkən göz təması qurmazsa, xırda toxunuşlar etməzsə, sizə olan sevgisi saxta ola bilər.
2- SÖZLƏRİ VƏ HƏRƏKƏTLƏRİ ÜST-ÜSTƏ DÜŞMÜRSƏ
Həyatınızdakı insan sizi həqiqətən sevirsə, verdiyi sözləri və ya işlətdiyi cümlələri hər zaman hərəkətləri ilə göstərəcək.
3- PRİORİTETİ SİZ DEYİLSİNİZ
Əgər kimsə həyatındakı insanı həqiqətən sevirsə, bu insan onun prioriteti olacaq. O həmişə sevdiyi insanla vaxt keçirmək istəyir.
O, bütün vaxtını, hətta hər anını sizinlə keçirməyi səbirsizliklə gözləyir. Ancaq həyatınızdakı insan onun əvəzinə dostlarına əhəmiyyət verirsə və bu vəziyyətdən sizi narahat edəcəyini düşünmürsə, sizə olan hissləri real olmaya bilər. Ətrafındakı insanları sizdən üstün tutursa, aranızda olan hisslər saxta ola bilər.
4- MƏYUS EDƏCƏK
Həyatınızdakı insanın sevgisi gerçək deyilsə, sizi məyus etməkdən çəkinməyəcək. Eyni səhvləri təkrar-təkrar edəcək. O, sizin fikirlərinizlə maraqlanmayacaq. İnciməyiniz və ya üzülməyiniz onun vecinə olmaz.
5- XƏYANƏT EDƏCƏK
Əgər sizi aldadırsa, onun sevgisi heç vaxt güclü ola bilməz. İnsan həqiqətən sevəndə həyatındakı insana sadiq olur. Ondan başqa heç kimi görmür. Sizi sevməyən biri istənilən vaxt sizi aldada bilər.
6- SEVGİSİNİ GÖSTƏRMİR
Həyatınızdakı insan sizi həqiqətən sevirsə, sizə müxtəlif yollarla sevgi göstərəcək. Əgər o, mehriban deyilsə və ya fiziki təmasda etmirsə, bu, onun həqiqətən münasibətə sadiq olmadığının əlaməti ola bilər.
7- SİZİ DİNLƏMİRSƏ
Sizi həqiqətən sevən bir insan sizin dediklərinizə qulaq asmaq və sizi anlamaq üçün səy göstərəcək. Əgər o qulaq asmırsa və ya dediklərinizə maraq göstərmirsə, bu, onun sizi sevmədiyinə işarə ola bilər.
8- PLAN QURMURLAR
Həyatınızdakı insan həqiqətən sizə aşiqdirsə, gələcək üçün planlar quracaq və sizi də öz planlarına daxil edəcək. Əgər o, heç bir plan qurmursa və ya birlikdə gələcək qurmaq fikrində deyilsə, bu, onun sizi sevmədiyini göstərə bilər.
9- ETİBARSIZ
Sizi sevən bir insan sizin yanınızda olmaq və etibarlı olmaq üçün səy göstərir. Əgər o, tez-tez planlarını ləğv edirsə və ya vədlərini pozursa, bu, onun münasibətə tam bağlı olmadığının əlaməti ola bilər.
10- HİSSƏLƏRİNİ PAYLAŞMIR
Sizi sevən bir insan hissləri barədə açıq və dürüst olacaq. Əgər o, hisslərini açıqlamırsa və ya münasibətə emosional olaraq sərmayə qoymursa, bu, onun sizi sevmədiyinin əlaməti ola bilər.
Günel Məlikzadə