Trans-Baykal ərazisində zəlzələ baş verib
    • 6-01-2025, 14:16
    • 664

Trans-Baykal ərazisində zəlzələ baş verib

Yanvarın 6-da Trans-Baykal diyarında seysmik hadisə qeydə alınıb.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahının mətbuat xidməti məlumat yayıb.

İdarədən verilən məlumata görə, hadisə Kalar bələdiyyəsi ərazisində baş verib.

Zəlzələnin maqnitudası 4,1, episentri yeraltı təkanların hiss olunduğu Kuanda kəndindən on kilometr aralıda olub.

Nazirlik hər hansı dağıntıların olması barədə də məlumat verilməyib.

Ağa Dadaşzadə