ABŞ-ın 5 ştatında fövqəladə vəziyyət elan edilib
    • 6-01-2025, 18:54
    • 1 145

ABŞ-ın 5 ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Kentukki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarında güclü qar, buzlanma, güclü yağış və tufan səbəbindən fövqəladə vəziyyət elan edilib.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, fırtına gözləntisi ilə əlaqədar 30 ştatda "1 dərəcəli həyacan" elan edilib, vətəndaşlara evdə qalmaları tövsiyə edilib.

ABŞ-da 1500-ə yaxın reys təxirə salınıb. Bundan əlavə, bəzi qatar reysləri də ləğv edilib.

Qeyd edək ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, ölkədə son 10 ilin ən güclü qarı gözlənilir.

Ağa Dadaşzadə