ABŞ-da fırtına: Ölənlər var
    • 27-05-2024, 17:58
    • 135

ABŞ-da fırtına: Ölənlər var

ABŞ-ın Texas, Oklahoma və Arkanzas ştatlarında baş verən şiddətli tufanlar azı 20 nəfərin ölümünə, yüzlərlə yaralanmasına və geniş dağıntılara səbəb olub.

News24.az xəbər verir ki, Kentukki qubernatoru Endi Beşar sosial media platformasındakı paylaşımında səhər erkən saatlarda bölgə üçün fövqəladə vəziyyət elan edib.

Yeni məlumatlar çatdırmağa davam edəcəyini bildirən Beşər, "Hər zaman etdiyimiz kimi bunun da öhdəsindən birlikdə gələcəyik" deyib.

Texas qubernatoru Greg Abbott Valley View şəhərində verdiyi mətbuat şərhində, sürəti saatda təxminən 217 kilometrə çatan fırtına nəticəsində təxminən 100 nəfərin yaralandığını və 200-dən çox strukturun zədələndiyini bildirib. Ölənlər arasında 2 və 5 yaşlı iki uşaqlar da var.

Elektrik enerjisinin kəsilməsini izləyən PowerOutage internet saytının məlumatına görə, Arkanzas və Missuri ştatlarında 170 mindən çox ev şiddətli tufan, hava şəraiti səbəbindən elektriksiz qalıb.

Qeyd edək ki, Texas və Oklahoma ştatlarında təxminən 30 min evdə elektrik kəsilib. 

Günel Məlikzadə