-
- Dünən, 17:35
- 3 394
İran generalından Azərbaycan mesajı
İran-Azərbaycan sərhədi həmişə sülh və dostluq sərhədi olub və biz bu dostluğa və yaxınlığa qarşı düşmənin fitnəkar addımlarına imkan verməyəcəyik.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Polis komandanının müavini, general Qasım Rzayi İranla Azərbaycan arasındakı yerləşən Astara quru sərhədinə səfəri zamanı jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, İran və Azərbaycan yük maşınlarının hərəkəti üçün çoxsaylı sərhəd terminalları və körpülər, eləcə də sərnişinlər üçün quru sərhəd-keçid məntəqələri var.
Qasım Rzayi bu əlaqələri yaxşılaşdırmaq üçün hər zaman səylərin göstərildiyini vurğulayıb.
İranın polis rəsmisi qeyd edib ki, son statistik məlumatlara görə, hər gün Gilan əyalətindən Azərbaycana 230-a yaxın TIR hərəkət edir və İran bu rəqəmi artırmağa hazırdır.
“Hər iki tərəfdə əməkdaşlıq hökm sürür”, – İran generalı qeyd edib.