19 yaşlı gənc dənizdə batdı -Meyiti ailəsinə təhvil verildi
    • 18-07-2019, 22:11
    • 891

19 yaşlı gənc dənizdə batdı -Meyiti ailəsinə təhvil verildi

Xəzər dənizində, qeyri-çimərlik ərazidə 1 nəfər çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2000-ci il təvəllüdlü Abbasov Sadiq Vüqar oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.