Qarşı yola çıxan VAZ “Kamaz”la toqquşdu
    • 19-07-2019, 00:16
    • 922

Qarşı yola çıxan VAZ “Kamaz”la toqquşdu

Bakıda ağır qəza baş verib.

News24.az xəbər verir ki, hadisə Bakı-Ələt yolunda olub.

Qarşı yola çıxan “VAZ-2107” markalı avtomobil “Kamaz” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində yaralanan 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu Klinik Tibbi Mərkəzə çatdırılıb.

Sosial şəbəkələrdə qəzanın görüntüləri yayılıb.