-
- 22-07-2019, 18:08
- 804
"Sübut olundu ki, günahım yoxdur" - Uşaqların döyüldüyü baxçanın müdiri danışdı
Bakıda səhlənkarlıqda təqsirləndirilən “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibovanın barəsində hökmdən verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə Nigar Müseyibova ifadə verib.
O, deyib ki, heç bir günahı yoxdur: "Bir ilə yaxın istintaq və məhkəmə davam edib. Sübut olundu ki, mənim günahım yoxdur. Mən işdə olduğum müddətdə belə hal olmayıb. Kameralara "reseption"da işləyən Nərgiz Novruzova nəzarət edirdi. O da mənə heç nə deməyib. Özü də həm istintaqda, həm də birinci instansiya məhkəməsində bunu etiraf etdi".
Nigar Müseyibovanın sözlərinə görə, valideynlərin özlərinin də onlayn qaydada bağçada olanları izləmək imkanı olub: "Valdeynlərin heç birindən şikayət eşitməmişəm. Uşaqları döyməkdə suçlanan tərbiyəçiyə gəlincə, demək istəyirəm ki, Firuzə Tağıyeva əvvəl işlədiyi bağçadan on nəfər uşağın valideyni ilə birlikdə bizə müraciət etdilər. Dedilər ki, əvvəlki bağçanın müdiri onları sıxır, daha çox sərbəstlik istəyirlər. Valideynlər özləri də o müəlliməni istəyirdilər. Məhkəmə kameralara nəzarət edən Nərgiz Novruzovanın dindirilməsinə qərar verib. İyulun 29-da keçiriləcək növbəti məhkəmədə N.Novruzova gəlib izah etməlidir ki, videolarda uşaqların döyüldüyünü görübmü? Bu barədə müdirə məlumat veribmi?”
Yasamal rayon Məhkəməsinin hökmü ilə Nigar Müseyibovanın cinayət əməli sübuta yetirilməyib və məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Nigar Müseyibovanın barəsində ittiham hökmünün çıxarılmasını istəyib.
Qeyd edək ki, ötən ilin iyununun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzinin bağçasında tərbiyəçi Firuzə Tağıyeva uşaqlara qarşı zorakılıq göstərib.
Bu barədə video-görüntülər sosial şəbəkədə yayılandan sonra Firuzə Tağıyeva barəsində cinayət işi başlanılıb.
Yasamal rayon Məhkəməsinin hökmü ilə Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Daha sonra valideyinlərin şikayəti əsasında Nigar Müseyibova barəsində də cinayət işi başlanılıb.
İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınıb. /teleqraf/