-
- 23-07-2019, 10:44
- 803
Övladlığagötürmə “DOST”a həvalə edildi
Prezident İlham Əliyevin 19 iyul 2019-cu il tarixli “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin vəzifə və hüquqlarının, “DOST” mərkəzlərinin xidmətlərinin daha da genişlənməsinə imkan verib.
Məlum olduğu kimi, dövlət başçısının 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanı ilə övladlığagötürmə sahəsində dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən News24.az-a verilən məlumata görə, hazırda övladlığagötürmə sahəsində mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmalar və övladlığagötürülən uşaqların maraq və mənafelərinin prioritetliyi əsasında yeni idarəetmə modeli hazırlanır.
Rəsmi məlumata görə, bununla əlaqədar Prezidentin 19 iyul 2019-cu il tarixli Fərmanında DOST Agentliyinin Nizamnaməsinə övladlığagötürmə sahəsində bu Nizamnamə ilə müəyyən edilən vəzifələrin icrasını təmin etmək kimi fəaliyyət istiqamətinin də daxil edilməsi tapşırılır. Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək Fərmanla Agentliyin vəzifə və hüquqları sırasına əlavə edilir.
Eyni zamanda, Fərman “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısına övladlığagötürmə sahəsində xidmətlərin, o cümlədən övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi və övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi xidmətlərinin də daxil edilməsini nəzərdə tutur.