“Gənc Heydərçilər”  yay düşərgəsində - FOTO
    • 26-07-2019, 18:40
    • 682

“Gənc Heydərçilər” yay düşərgəsində - FOTO

Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən gənclərin sağlam ruhda böyüməsi, idmana marağının artırılması və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsində maraqlı tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yeniyetmələr üçün düşərgədə istirahət müddətində Quba-Qusar rayonlarının görməli yerlərinə, muzeylərinə ekskursiyalar təşkil olunub, eləcə də onlar hərbi təlimatçıların nəzarəti altında silah və texnika ilə yaxından tanış olmaq, müxtəlif silahlardan atəş açmaq imkanı əldə ediblər.