Tüfənglə ehtiyatsız davranan Xaçmaz sakini QONŞUSUNU YARALADI
    • 14-08-2019, 16:42
    • 859

Tüfənglə ehtiyatsız davranan Xaçmaz sakini QONŞUSUNU YARALADI

Tüfənglə ehtiyatsız davranan Xaçmaz sakini qonşusunu yaraladıXəstəxanaya qırma yaraları ilə gətirilmiş Xaçmaz rayon sakini R.Kamilovun qonşusunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində yaralandığı müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, avqustun 12-də Xaçmaz rayonu Yeni Həyat kəndində yayaşayan R.Kamilov sağ və sol baldır nahiyəsindən qırma yaraları ilə xəstəxanaya gətirilib.

Araşdırmalar zamanı R.Kamilovun xəsarəti qonşusu Q.Binaliyevın yaşadığı evin həyətində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən alması müəyyən edilib.

Görülmüş tədbirlərlə Q.Binaliyev saxlanılmış və ondan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb.