Sıla Bakıda - VİDEO
    • 28-12-2018, 15:50
    • 1 895

Sıla Bakıda - VİDEO

Xəbər verdiyimiz kimi, "Liatris Holding"in təşəbbüsü, "KEvents Group"un  təşkilatçılığı ilə 29 dekabr Bakı Konqres Mərkəzində Türkiyənin sevilən ifaçısı Sıla möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

News24.az-ın məlumatına görə müğənni bir neçə saat öncə Bakıya gəlib. Hava limanında media nümayəndələri ilə görüşən Sıla sualları cavablandırıb. Bakıya 3-cü gəlişinin olduğunu açıqlayan sənətçi “11 ildən sonra ilk dəfədir ki, Bakıya konsert üçün gəlirəm. Konsertdə sevilən mahnılarım və tamaşaçılarla söhbətlər olacaq. İnanıram ki, sabahkı konsertdən sonra Bakı ilə bağlı gözəl fikirlərim qalacaq” - deyə, bildirib.

Sıla bu gün paytaxtın müxtəlif məkanlarını gəzməyi, milli mətbəximizlə tanış olmağı planlaşdırdığı üçün xüsusi istəyi ilə Bakıya konsertdən bir gün əvvəl gəlib.

Teymur MƏMMƏDOV
VİDEO: Səməd AĞAYEV