"Jara" da 90-cı illərin küləyi əsdi - FOTO
    • 28-07-2019, 14:31
    • 831

"Jara" da 90-cı illərin küləyi əsdi - FOTO

Ötən gün "Jara" beynəlxalq musiqi festivalının üçüncü günü baş tutub.
News24.az xəbər verir ki, ötən günün mövzusu 90-cı illərin musiqiləri olub.
Qırmızı xalça mərasimi ilə start götürən tədbir daha sonra konsert proqramı ilə davam edib.
Səhnəyə "Na-Na", "Hi-Fi", "MBand", "Otpetie moshenniki" qrupları, "Ruki Vverx" qrupunun solisti Sergey Jukov, Alyona Apina, Mitya Fomin, Nataşa Koroleva, Aleksandr Malinin, Jasmin və başqaları çıxıb.
Gecənin ən çox bəyənilən ifası isə S.Jukovun olub. Ard-arda 3 hit mahnı səsləndirən ifaçını tamaşaçılar ayaq alqış və ifalarla müşaiyət ediblər.
Gecənin digər maraqlı məqamı isə festivalın ikinci günündə ayaq barmağını sındıran Anita Soyun tamaşaçı qarşısına əlil arabasında çıxması olub.
Festivaldan olan fotoları təqdim edirik: