Leyla Əliyeva:
    • 28-07-2019, 21:47
    • 1 437

Leyla Əliyeva: "Jara" insanlara sevinc bəxş edir, onları birləşdirir - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara" festivalının sonuncu günü qırmızı xalçaya çıxıb.

News24.az xəbər verir ki, L.Əliyeva festival haqda fikirlərini bildirib, Bakıya olan sevgisini dilə gətirib: "Hər zaman doğru zamanda səslənən bir mahnı olur. Bu daha çox əhvaldan asılıdır. Hər gecə sehirlidir, amma düşünürəm ki, bu gün xüsusi olacaq. "Jara" insanlara sevinc bəxş edir. Onları birləşdirir. Bakıya və onun qonaqlarına hər gün daha da aşiq oluram. Belə bir yerin və insanların olduğu üçün sevgi və sülhə görə,  Allaha təşəkkür edirəm".

Teymur Məmmədov
Video: Fərid Şabanov