-
- 31-07-2019, 10:41
- 1 622
Bakıda əməliyyat – Yüksək vəzifəli dövlət məmuru həbs edildi – YENİ XƏBƏR
Bakıda rüşvət aldığı üçün həbs edilən və məhkəmə tərəfindən məhkum edilən vəzifəli şəxs Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 311.2-ci, yəni, vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı Natiq İmanov işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İşə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov vəzifəsindən azad edilib. Natiq İmanovun pensiya yaşına çatmış əməkdaşlara dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alması barədə məlumat daxil olub.
Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.
DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi Natiq İmanov dərhal tutduğu vəzifədən azad edilib və materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.