Bakıda 4 il əvvəl yoxa çıxmış gənc oğlanla bağlı ŞOK FAKTLAR – 37 NƏFƏRİ...
    • 1-08-2019, 12:26
    • 950

Bakıda 4 il əvvəl yoxa çıxmış gənc oğlanla bağlı ŞOK FAKTLAR – 37 NƏFƏRİ...

4 il əvvəl 15 yaşında olarkən Bakıda çoxsaylı oğurluq əməlləri törətmiş şəxs yenidən həbs edilib.

News24.az-ın məlumatına görə, həmin vaxt yetkinlik yaşına çatmadığı üçün nisbətən yüngül cəza ilə canını qurtaran Məhərrəmov Rəhman İlqar oğlu bu dəfə quldurluq əməlinə görə məsuliyyətə cəlb edilib. 19 yaşlı Rəhmanın 37 nəfər qarşı quldurluq etdiyi üzə çıxıb. Və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci, yəni, quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə maddəsi ilə iş açılıb. Artıq iş üzrə ibtidai istintaq yekunlaşıb və Rəhmən Məhərrəmova ittiham elan edilib.

Qeyd edək ki, Rəhman 2015-ci ildə itkin düşmüş şəxs kimi gündəmə gəlib. Polislərin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də qeydiyyatda olduğu ünvandan naməlum istiqamətə gedərək itkin düşən 2000-ci il təvəllüdlü Rəhman İlqar oğlu Məhərrəmov tapılıb. Onun ətrafında keçirilən ilkin kriminalistik tədqiqat, istintaq, əməliyyat-axtarış tədbirlərilə müəyyən olunub ki, R.Məhərrəmov ötən il dekabrın 21-dən başlayaraq gecə saatlarında Yeni Günəşli qəsəbəsində yerləşən aptekdən və ayırı-ayırı ünvanlarda yerləşən mağazalardan oğurluq edib. O, açar seçmə yolu ilə, qapını sındırmaqla, nəfəslikdən keçməklə 153 manat, cari ilin yanvarın 29-da 500 manat, fevralın 14-də 250 manat, fevralın 22-də isə Zığ qəsəbəsində 110 manat nağd pulu talayıb.

Daxil olduğu mağazalardan daşıya biləcəyi qədər tütün məmulatları, ərzaq malları, danışıq kartları sərinləşdirici içkiləri gizli yolla çıxararaq satıb. Pulları öz şəxsi ehtiyaclarına xərcləyib.