-
- 1-08-2019, 16:17
- 1 229
“Mənimlə rusca danışanda azərbaycanca “otvet” verirəm - DİLİMİZİN GÜNÜ - SORGU - VİDEO
Bu gün Azərbaycan dili və əlifbası günüdür. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Bəs, paytaxt sakinləri dilimizin günü və ya günümüzün dili haqda nə düşünür?
News24.az sakinlərlə keçirdiyi sorğuda bu suallara cavab axtarıb:
Qeyd edək ki, sakinlər onlara ünvanlanan “Vətəndaş öz ölkəsində hansı dildə danışmalıdır?”, “Ölkəmizdə neçə faiz insan Azərbaycan dilində danışır?”, “Gündəlik həyatınızda əcnəbi sözlərdən istifadə edirsinizmi?” suallarını cavablayıblar.
Xatırlatma: Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib. Lakin Sovet hakimiyyətinin işğalçılıq siyasətindən sonra 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. Müstəqilliyinin bərpasından sonra ölkədə tədricən latın qrafikalı əlifba tətbiq olunub. 2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb, Azərbaycanda latın qrafikalı əlifbaya keçid qətiləşib. Həmin il avqustun 9-da isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalanıb.