Bakıda turizm şirkətindən müştərilərə qarşı DƏLƏDUZLUQ
    • 1-08-2019, 19:18
    • 1 261

Bakıda turizm şirkətindən müştərilərə qarşı DƏLƏDUZLUQ

Bakıda fəaliyyət göstərən "Daniz Travel" turizm şirkəti müştərilərinə qarşı dələduzluq edib. 

News24.az-a daxil olan məlumata görə, Mehdi Huseyn 71 küçəsində yerləşən şirkətin müdiri tur paketləri müştərilərə ucuz qiymətə təqdim edərək, onlara saxta aviabilet və otel sənədləri verib. 

Məlumata görə, "Daniz Travel" bu yolla bir çox müştərisini aldadıb. Hazırda isə şirkət rəhbərinin özünü qəsd etdiyi bildirilir. Onun şəhər xəstəxanalarının birində olduğu deyilir. 

Onlarla insan qeyd olunan turizm şirkətindən mövsümlə əlaqədar tur-paket alsa da onlara saxta sənəd təqdim edilib.  

Alıcıların pulu isə hələ ki mənimsənilib.