DGK-da saxta və keyfiyyətsiz idxal mallarına qarşı MÜBARİZƏ - FOTO
    • 28-08-2019, 13:56
    • 703

DGK-da saxta və keyfiyyətsiz idxal mallarına qarşı MÜBARİZƏ - FOTO

Naxçıvan Gömrük Ekspertizası İdarəsində saxta və keyfiyyətsiz idxal mallarına qarşı mübarizə mövzusunda təlim keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Təlimi Türkiyə Respublikasında saxta mallara qarşı mübarizə sahəsində fəaliyyət göstərən "Esfor" şirkətindən dəvət olunmuş mütəxəssislər aparıblar.

"Esfor" şirkətinin rəhbəri Cengiz Gümüştüz qurumun iş prinsipi, yoxlamaların aparılması üçün istifafə edilən cihazlar, beynəlxalq təcrübədə saxta mallara qarşı mübarizə istiqamətində görülən işlərlə bağlı məlumat verib.

Şirkətin eksperti Merve Eraslan isə "Procter&Gemble", "Adel" və "Faber-Castell" şirkətlərinə məxsus malların orijinal və saxta olmasının ayırd edilməsi üsullarını diqqətə çatdırıb, bu sahədə təmsil etdiyi qurumun təcrübəsini bölüşüb.

Qeyd edilib ki, saxta mallara qarşı mübarizə sahəsində 19 illik təcrübəsi olan "Esfor" şirkəti dünyanın 190 firması ilə əməkdaşlıq edir.

Təlimçilər özləri ilə bərabər gətirdikləri nümunələrin timsalında malların orijinal və ya saxta olmasını müəyyənləşdirməyi praktik olaraq izah ediblər.

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının da qatıldığı təlimin sonunda iştirakçılara sertifikatlar verilib.