İlham Əliyev Əbülfəs Qarayevlə bağlı SƏRƏNCAM İMZALADI
    • 1-08-2019, 19:10
    • 946

İlham Əliyev Əbülfəs Qarayevlə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev "UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında" sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncama əsasən, 2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər təltif ediliblər:

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Qarayev Əbülfəs Mürsəl oğlu

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Məmmədəliyeva Sevda Yusuf qızı

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Kərimov Anar Qabil oğlu

“Tərəqqi” medalı ilə

Abbəkirov Ramil Ələkbər oğlu
Axundov Tamerlan Məmmədbağır oğlu
Əliyev Rəşad Rahib oğlu
Həsənov Seymur Qadir oğlu
İbrahimova Xumar Asif qızı
Qəmbərova Təranə Əlikram qızı.