Qəliz və vacib... AZƏRBAYCAN KİNOSU-VİDEO
    • 2-08-2019, 12:14
    • 1 222

Qəliz və vacib... AZƏRBAYCAN KİNOSU-VİDEO

Bu kinodur, Azərbaycan kinosu! Bu günümüzə gəlmək üçün 120 illik tarixi geridə qoyan Azərbaycan kinosu.

News24.az xəbər verir ki, yarandığı ilk illərdə ekrandan səssiz kadrlarla – “Neft və milyonlar səltənətindən” boylandı izləyiciyə. Zaman Azərbaycan kinosuna səs də qatdı, söz də, rəng də. 

“Bir Cənub Şəhərində”n olan “Bizim Cəbiş Müəllim” “Axırıncı aşırım”ı aşdı , “Dəli Kür”ü keçdi, bu gün də milyonların sevimlisi oldu.
Son illərdə kino sahəsinin inkişafı məqsədi ilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına tammetrajlı, qısametrajlı, bədii, sənədli və cizgi filmləri çəkilib. 

Tanınmış rejissor Elxan Cəfərov News24.az-a deyib ki, kinonun cəmiyyət həyatındakı rolu hər zaman aktualdır.

İlk növbədə bu, hər hansı bir ideyanın vizuallaşması deməkdir .Vizuallaşdıqda hər hansı bir fikir əlbəttə ki, düşüncəyə daha aktiv təsir edir və daha gözəl və konstruktiv nəticələr verə bilir. Kinonun əsas özəlliyi var ki, kinonu dəfələrlə və daha geniş tamaşaçı auditoriyasına təqdim olunma imkanı var.

Rejissorun fikrincə, Azərbaycan kinosunun əsas problemlərindən biri maddi texniki bazanın zəif olmasıdır.

Bu günləri Azərbaycan film kinostudiyasının problemi dövlət sturukturu olaraq maddi texniki bazasının tam hələ formalaşmamasıdır. Amma bu il möhtərəm prezidentimizin incəsənət xadimləri ilə keçirdiyi yığıncaq və toplantı bizə çox ümid verir və biz daha da ruhlanırıq çünki biz artıq başa düşürük ki, incəsənət dövlətə lazımdır.

O ki qaldı bu gün Azərbaycan kinosunun dünya ekranına çıxmasına, buna güclü maddi texniki baza və yüksək peşəkarlıq lazımdır.

Çətindi bu gün dünya kino sistemində yeni bir film çıxarmaq, ən azı öz tamaşaçılarımıza təqdim etmək artıq çox çətindir. Çətindi çünki, birincisi biz ümumiyyətlə bir cəmiyyət olaraq hələ formalaşırıq,  hələ tam öz düşüncə tərzimizə sahib deyilik. Amma mən düşünürəm ki, buna doğru çox iri addımlarla irəliləyirik. Problemlərdən biri də kommersiya kinolarındaki janr eyniliyidir yəni komediyaya  daha çox üstünlük verməklə əlaqədardır.İnsan axı həmişə gülə bilməz.

Çox istərdik ki, yaxın gələcəkdə biz elə filmlər çəkək , elə ssenarilər təqdim edək, elə yaradıcılıq nümunələri ortaya çıxaraq ki, onlar ilk növbədə öz xalqımıza və öz cəmiyyətimizə dəyərli olsun.

Sevgül Qasımzadə