Azərbaycanda sürücünü yolda maşın vurub öldürdü – Səbəbi DƏHŞƏTLİDİR
    • 2-08-2019, 14:31
    • 823

Azərbaycanda sürücünü yolda maşın vurub öldürdü – Səbəbi DƏHŞƏTLİDİR

Dünən gecə saat 01.45 radələrində Bakı-Qazax yolunun 125-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az Avtosfer.az-a istinatinadla verdiyi xəbərə görə, 59 yaşlı Elman Camal oğlu Kazımov yolu keçərkən 36 yaşlı Emin Valiulin Xafiniyeviçin idarə etdiyi 90 ZS 907 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil tərəfindən vurulub. Ağır xəsarət alan Elman Kazımov hadisə yerində keçinib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Elman Kazımov da sürücüdür və öldüyü yerdən bir qədər kənarda idarə etdiyi “VAZ-2104” markalı,90 LP 150 dövlət nömrə nişanlı avtomobili saxlayaraq yolu keçibmiş. Məlumata görə, avtomobildə onun həyat yoldaşı və oğlu da olub. Elman Kazımov Gürcüstündan qaynatasının yas mərasimindən qayıtsa da, yolboyu yanacağın bitməsinə fikir verməyib. Qaranlıq bir nöqtədə avtomobilin benzini qurtarıb. O da maşını yolun kənarında saxlayaraq yanacaq tapmaq üçün əks istiqamətə keçib. Geri qayıdarkən isə Gürcüstandan gələn Emin Xafiniyeviçin idarə etdiyi avtomobil tərəfindən vurulub. Ailə üzvləri Elman Kazımovun gec qayıtdığnı görərək düşüb əraziyə baxıblar. Bu zaman onun yol kənarında meyitini görüblər. Hadisə yerinə Yol-Patrul Xidməti əməkdaşları gəlib. Mərhumun ailə üzvləri stasionar postda aparılıb, oradan isə Bakıya yola salınıb.

Hazırda qəzanı törədən sürücü də saxlanılıb, araşdırma aparılır.

Avtosfer.az olaraq sürücülərə bəzi tövsiyələri diqqətə çatdırmaq istəyirik. Bu hadisə yola çıxarkən hazırlıqsız olan sürücülərə bir mesaj olmalıdır. Uzaq yola çıxarkən onlarla yanacaqdoldurma məntəqəsinin yanından keçirik. Ona görə də, yanacağın bitməsini gözləmək lazım deyil. Yanacaq qurtarmaq üzrə olduqda hər bir sürücü bunu görə bilir. Görürsə və uzaq yoldadırsa deməli, ən yaxın YDM-də yanacaq doldurmaq lazımdır. Əks halda qaranlıq yerdə, ucsuz-bucaqsız yolda qalmaq, bəzən isə ağır qəzanın qurbanı olmaq qaçılmazdır.