Mahir Emrelinin paylaşımı etirazlara səbəb oldu
    • 25-03-2025, 15:25
    • 357

Mahir Emrelinin paylaşımı etirazlara səbəb oldu

Mahir Emrelinin sosial şəbəkə hesabında etdiyi "boz qurd" jesti ilə paylaşımı "Nürnberq" klubunda etirazlara səbəb olub.

News24.az "Bild" nəşrinə istinadən xəbər verir ki, almanlar 27 yaşlı hücumçunun yığmanın düşərgəsində belə gündəmə düşdüyünü bildiriblər. II Bundesliqa təmsilçisinin forvardla "Instagram"da paylaşdığı posta görə əlaqə saxladığı yazılıb.

Onun "boz qurd"ların jestini paylaşması səs-küyə səbəb olub. Emreli klubuna repostunun avtomobil qəzasında həlak olan 22 yaşlı azarkeşə başsağlığı verməklə bağlı olduğunu deyib.

Qeyd edək ki, üç gün əvvəl Haitiyə uduzan (0:3) Azərbaycan millisi bu gün Belarusla üz-üzə gələcək./Oxu.Az