İmamoğludan Ərdoğanla bağlı paylaşım
    • Dünən, 16:55
    • 494

İmamoğludan Ərdoğanla bağlı paylaşım

Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu Türkiyə prezidenti Ərdoğanın anasına ünvanlanan təhqirləri pisləyib.

News24.az xəbər verir ki, İmamoğlu bu barədə X hesabında paylaşım edib.

"Çörək, su, hava kimi müqəddəs saydığım analarımızın ünvanına yığılan təhqirləri qəbul edə bilmirəm. Prezidentin anasına edilən təhqirləri ürəkdən pisləyirəm. Bir daha uca Allahdan ona rəhmət diləyirəm”, - deyə İmamoğlu yazıb.

Qeyd edək ki, Əkrəm İmamoğlu haqda İBB-yə qarşı aparılan k**rupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. O, Silivri cəzaçəkmə müəssisəsinə göndərilib./axar.az