Bu gün görkəmli parapsixoloq, fəlsəfə elmləri doktoru, dünya mütəxəssisləri tərəfindən qəbul olunmuş fövqəltəbii energetik gücə malik Nuridə Qurbanovanın doğum  günüdür.

News24.az xəbər verir ki, fövqəltəbii gücü olan şəxsiyyətlərə inam cəmiyyətdə bir mənalı olmasa da tarixdə Nostradamus, Vanqa kimi xüsusi istedadlı insanlar mövcud olub. Bu gün isə dünyanın bir çox ölkələrinin ciddi qurumları həmyerlimiz Nuridə Qurbanovanı onların sırasında görürlər. Bəs media və ictimaiyyətdə diqqət çəkməyi sevməyən, daha çox xarici mediada gündəmə gələn Nuridə Qurbanova kimdir?

Nuridə xanım Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Uşaq yaşlarında güclü ildırım vurması nəticəsində 40 günlük komaya düşən kiçik qız oyanarkən ərəb dilində danışmağa və Quran oxumağa başlayır. İllər sonra  Nuridə Qurbanovanın istedadı o qədər ajiotaj doğurur ki, hətta onun şəfaverici fenomenal qabiliyyəti “ENİOM” Ümumrusiya Ənənəvi Xalq Təbabəti Elmi-Tədqiqat Mərkəzi tərəfindən də təsdiq edilir. Elmi fəaliyyəti ərzində bir sıra ali beynəlxalq mükafatlarla, ordenlərlə təltif edilir. Onun şöhrəti bütün MDB ölkələrinə, dünyaya yayılır, Komsomolski Pravda qəzeti başda olmaqla digər mətbu orqanlarda da müsahibələri dərc olunur, müxtəlif tv layihələrə dəvət alır. Bütün müsahibələrində o Qarabağ həqiqətlərindən danışır. Haqqında çəkilən "Fenomen Nuridə Qurbanova" sənədli filmi ORT kanalında yayımlanır, Amerikanın Max Tv kanalı barəsində reportajlar hazırlayır. Rusiya mətbuatının "Azərbaycanın Vanqası" adlandırdığı Nuridə Qurbanova rəsmi şəkildə 2018-ci ildə Bolqarıstanın paytaxtında “Otkrıtiye” Beynəlxalq Fondu tərəfindən “Azərbaycan Vanqası” fəxri diplomu və “Bolqar qızılgülü” medalı ilə təltif edilir. Heç şübhəsiz ki, Vanqa ilə bərabər adı çəkilən həmyerlimiz haqqında yayılan şayiələrin də sayı hesabı bilinmir. Onun dünyanın bir çox aparıcı siyasət və biznes nümayəndələrinə konsultasiya etdiyi, hətta  Rusiya prezidenti Vladimir Putinin əsas məsləhətçisi olduğu da deyilir.

Norveçdə "Sülh üçün Dialoq” təşkilatı tərəfindən "Sülh elçisi" mükafatına layiq görülən görülən Azərbaycanlı xanıma mükafatı Norveçin baş naziri Şyel Mayne Bondevik təqdim edib. Uzun illər Rusiyada yaşayan ekstrasens xanım hazırda ictimai və xeyriyyə fəaliyyətini öz vətənində davam etdirir.

Kim bilir bəlkə də Vanqanın yaşadığı Bolqarıstanın Petriç şəhərini görmək üçün gələn saysız hesabsız turist axını bir gün də ilahi vergi və fenomenal gücə sahib Nuridə Qurbanovanın sorağına  vətəninə Şuşaya ziyarətə gələcək.

Daha ətraflı məlumatlanmaq üçün: www.nuridakurbanova.com
@nurida_kurbanova_official 

loading...

Fotolar

Teglər: Azərbaycan Nuridə Qurbanova Nostradamus Vanqa ad günü