-
- 20-07-2018, 17:08
- 2 204
Azərbaycan şou-biznesinin alimləri - Elmi adları olan müğənnilər kimlərdi?
Son günlər cəmiyyətdə xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru elmi adını alması ciddi səs-küyə səbəb olub.
Onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub. Sözügedən bu xəbər cəmiyyətdə birmənalı qarşılanmayıb. Etirazların səslənməsinin əsas səbəbi heç bir elmi fəaliyyəti olmayan şəxslərə elmi adların verilməsinin bu qədər rahat və asant olması olub.
Azərbaycan şou-biznesində dissertasiya müdafiə edərək fəlsəfə doktoru alimlik dərəcəsi qazanmış müğənni və aparıcılarla bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki:
Əməkdar artist Ədalət Şükürov iqtisadiyyat elmləri üzrə fəlsəfə doktorudur. 41 yaşında dissertasiya müdafiə edən müğənninin elmi araşdırmalarını davam etdirməsi ilə bağlı məlumat yoxdur.
Əməkdar artist Nüşabə Ələsgərova sənətşünaslıq elmləri üzrə fəlsəfə doktorudur. 49 yaşında dissertasiya müdafiə edən müğənni hazırda elmi-pedaqoji fəaliyyətlə məşğul deyil.
Əməkdar artist Lalə Məmmədova filologiya elmləri üzrə fəlsəfə doktorudur. 35 yaşında dissertasiya müdafiə edən müğənni hazırda Milli Konservatoriyada ingilis-dili fənnindən müharizələr oxuyur.
Əməkdar artist Gülyanaq Məmmədova sənətşünaslıq elmləri üzrə fəlsəfə doktorudur. 33 yaşında dissertasiya müdafiə edən müğənni hazırda elmi araşdırmalarını davam etdirmir.
Əməkdar artist Elxan Şirinov filalogiya üzrə fəlsəfə doktorudur. 30 yaşında dissertasiya müdafiə edən müğənni Azərbaycan Dillər Universitetinin dosentdir.
Tanınmış teleaparıcı Rövşanə Bektaşi filologiya elmləri üzrə fəlsəfə doktorudur. Bir müddət jurnalistika fənnindən ali məktəbdə mühazirələr oxuyub.
Tanınmış teleaparıcı İradə İsaq "Azərbaycanın neft strategiyası dünya mətbuatının səhifələrində" mövzusunda dissertasiya müdafiə edib və fəlsəfə doktoru alimlik dərəcəsi qazanıb.
//AZXEBER.COM