-
- 3-08-2019, 16:44
- 948
18 min 903 cinayət faktı qeydə alınıb - narkotik vasitələrlə bağlı
Son altı il ərzində (2013-2018-ci illər) hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 18 min 903 cinayət faktı qeydə alınıb. Onlardan 5323-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 12 min 113-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 1261-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 206-ı isə digərləri olub.
News24.az xəbər verir ki, bu məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2018-ci ilə dair ölkə məruzəsi”ndə əksini tapıb.
Eyni zamanda, hesabat dövrində cinayət məsuliyyətinə 14 min 984 nəfər cəlb edilib. Onlardan 296 nəfəri qadın, 317 nəfəri isə xarici ölkə vətəndaşı olub.