-
- 3-08-2019, 17:23
- 1 056
Türkanda dənizdə 2 nəfər boğulub, Biri azyaşlıdır
Bakının Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.
News24.Az xəbər verir ki, 5 yaşlı oğlan və 30 yaşlı qadın dənizdə çimərkən boğulublar.
Hadisə zamanı qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, ağır vəziyyətdə olan uşaq 26 saylı BŞX-ya çatdırılıb.
Bildirilib ki, lazımi yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır.