Erməni əsgər post rəisinə atəş açıb, daha sonra isə intihar edib
    • 3-08-2019, 18:14
    • 1 303

Erməni əsgər post rəisinə atəş açıb, daha sonra isə intihar edib

Ermənistan Silahlı Qüvvələrində baş verən intiharların əsas səbəbi açıqlanıb. 
News24.az “Sputnik Ermənistan” -a istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan danışıb. 
Onun sözlərinə görə, ailəsində problemlər olan, ağır sosial şərtlər altında yaşayan erməni hərbçilər var və bu məsələlər onların xidmətində özünü göstərir. 
Qeyd edək ki, iyulun 23-dən 24-nə keçən gecə 2000-ci il təvəllüdlü Volodya Qamletoviç Qaloyanın Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində üzərində güllə yarası olan meyiti tapılıb. 
Məlum olub ki, V.Qaloyan əvvəlcə post rəisinə atəş açıb, daha sonra isə intihar edib.