Amerikalı ulduz Ermənistan ordusunda uçota dayandı
    • 27-08-2018, 19:00
    • 806

Amerikalı ulduz Ermənistan ordusunda uçota dayandı

Erməni, milyoner, “poker kralı” Den Bilzeryan Ermənistan vətəndaşlığını qazanıb və ölkənin silahlı qüvvələrində uçota dayanıb.

Bununla bağlı “Ermənistan xəbərləri” ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, əgər kimsə Ermənistan vətəndaşı olursa, o, avtomatik olaraq Silahlı Qüvvələrə uçota dayanmalıdır. 

Bildirilib ki, Bilzeryan lazım olan bütün sənədləri təqdim edib. 

Den Bilzeryan – aktyor, multimilyoner, dəbdəbəli həyat tərzinin və pokerin fanatıdır. O, 1980-ci ildə ABŞ-ın Tampa şəhərində doğulub.