-
- 5-08-2019, 12:19
- 701
"Suallarla bağlı problemin olma ehtimalı yoxdur" - Ceyhun Bayramov
Dünya fənn olimpiada suallarının hazırlanması olimpiada ilə bağlı yaradılan beynəlxalq elmi komitə tərəfindən hazırlanır, suallara yüksək səviyyəli mütəxəssislər tərəfindən dəfələrlə baxılır. Buna görə də Beynəlxalq Informatika Olimpiadasında suallarla bağlı problemin, yaxud texniki problemin olması ehtimalı yoxdur. Amma olarsa, bununla bağlı beynəlxalq təşkilat komitəsi rəy verəcək.
News24.az-ın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq Informatika Olimpiadasında suallarla bağlı hər hansı problemin ola bilməsi ehtimalı barədə danışarkən deyib.
Onun sözlərinə görə, olimpiadanın ilk müsabiqə günündə iştirakçılara 3 tapşırığın veriləcəyi gözlənilir. Onların cavablandırılması üçün iştirakçılara 5 saat vaxt veriləcək:"Avqustun 8-də müsabiqənin ikinci günü olacaq. Həmin gündə də 3 tapşırıq üçün 5 saat vaxt veriləcək. Böyük ehtimalla avqustun 8-də günün sonuna yaxın nəticələr təsdiq ediləcək, avqustun 9-da nəticələr açıqlanacaq".
C.Bayramov qeyd edib ki, Azərbaycanda beynəlxalq olimpiada fənlərindən başqa digər fənlər üzrə də respublika olimpiadaları keçirilir.
Onun sözlərinə görə , Azərbaycanda 8 fənn üzrə respublika olimpiadası keçirilir.
Şagirdlərin olimpiadaya cəlbi, eyni zamanda istedadlı uşaqları daha erkən yaşda aşkarlamaq üçün respublika fənn olimpiadalarından əlavə, ölkədə respublika fənn müsabiqələri də keçirilir.
Afaq Mirayiq