"Məqsəd olimpiyada proqramını bilən müəllim yetişdirməkdir" - Təhsil naziri
    • 5-08-2019, 12:33
    • 883

"Məqsəd olimpiyada proqramını bilən müəllim yetişdirməkdir" - Təhsil naziri

Beynəlxalq olimpiadada bölgələrin təmsil olunması üçün ölkənin 15 regionunda 60 pilot sinfin açılması və tədris məzmununun beynəlxalq olimpiya proqramlarına uyğun həyata keçirilmısi nəzərdə tutulub".

News24.azxəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablayarkən bölgə məktəblərinin beynəlxalq olimpiadada iştirakı üçün görülən tədbirlərə münasibət bildirərkən deyib: "Təhsil Nazirliyi olaraq bizi geniş təmsilçilik maraqlandırır. Bunun üçün əlimizdən gələni edir, rayon təhsil şöbələri ilə işləyirik. Respublikanın olimpiadaları beynəlxalq olimpiada ilə müqayisədə daha çox istiqamətlidir. Çünki ölkə ərazisində Azərbaycan dili, coğrafiya, tarixdən də olimpiada keçirilir. 8 fənn üzrə respublika turuna qədər yüksələn şagirdlər 52 rayonu təmsil edir.

Respublika fənn olimpiadaları daha aşağı yaş qruplarında həyata keçirilir. Məqsəd onların istedadını müəyyən etməkdir.

Qeyd edim ki, beynəlxalq olimpiada qalibləriin çoxu respublika yarışlarından çıxan şagirdlərdir".

C. Bayramov "istedadlı müəllim" müsabiqəsinin bölgə təmsilçiliyinə müsbət təsirindən də söz açıb: 
"Məqsəd olimpiyada proqramını bilən müəllim yetişdirməkdir. Hər fənn üzrə 20-ə yaxın ən yüksək nəticə göstərmiş müəllimləri bölgələrə göndərdik. Onlar bölgələrdə olimpiadaya mini hazırlıq funksiyası yerinə yetirirlər. Bu, şagirdlərin beynəlxalq olimpiadada iştirakı üçün zəmin yaradır".
Nazir sonda onu da qeyd edib ki, Israildə keçirilən beynəlxalq fizika olimpiadasında qalib olan da Cəlilabad məktəbində təhsil alan şagird idi.


Afaq Mirayiq