Fəhlə çalışdığı binadan yıxılıb öldü
    • 30-07-2019, 21:13
    • 1 008

Fəhlə çalışdığı binadan yıxılıb öldü

Kürdəmirdə 24 yaşlı gənc tikinti zamanı binadan yıxılaraq ölüb.

News24.az xəbər verir ki, bədbəxt hadisə rayon ərazisindəki məcburi köçkünlər üçün tikilən yaşayış binasında qeydə alınıb. İlkin məlumatlara görə, binadan yıxılaraq ölən Kürdəmir rayon Atakişilli kənd sakini Səməd Həmidovdur.

Faktla bağlı araşdırma aparılır.